17 İyun 2018 00:42
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü həbs olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin deputatı Manvel Qriqoryanın tərəfdarları İrəvanda Milli Təhlükəsizlik Xidmətinin qarşısında toplaşıblar.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, onlar Qriqoryanın həbsdən azad edilməsini tələb edirlər.

Qeyd edək ki, "Erkrap" könüllülər ittifaqı"na rəhbərlik edən Qriqoryan qanunsuz silah əldə etmə və gəzdirməkdə ittiham olunur.

Etirazçılar Milli Təhlükəsizlik Xidmətinin yerləşdiyi və mərkəzi küçələrdən olan Nalbəndyan küçəsini bağlama cəhd ediblər. Lakin polis onları səkiyə doğru sıxışdıra bilib. Aksiya davam edir.


Müəllif: Nahid