Fransanın “Le Fiqaro” qəzeti ölkənin xüsusi təyinatlı qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri ilə birlikdə Yəməndə əməliyyatlara qatıldığını iddia edib.
Teleqraf.com-un məlumatına görə, iki hərbi mənbəyə istinad edən nəşr Fransa xüsusi təyinatlılarının Yəməndə olduğunu irəli sürüb.
Fransa Müdafiə Nazirliyi hələ ki iddialara rəsmi münasibət bildirməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl “Röyters” agentliyi də Fransa parlamentindəki qaynağa istinadla Fransanın xüsusi təyinatlı qüvvələrinin Yəməndə olduğunu yazmışdı.