Kamboca şahzadəsi Norodom Ranarit və həyat yoldaşı Ouk Pxal Kamponqsaom əyalətində qəzaya düşüb.
Teleqraf.com xarici mediya istinadla xəbər verir ki, əyalət polisinin nümayəndəsi general Çun Narin bildirib ki, hadisə yerli vaxtla saat 9:00 radələrində baş verib.
Onun sözlərinə görə, şahzadə Norodom Ranarit baş və ayaq nayihəsindən travma alsa da, zədəsi ciddi deyil. General şahzadənin arvadının ağır yaralandığını və saat 12:23-də vəfat etdiyini söyləyib. 74 yaşlı şahzadənin Pnompen xəstəxanasına aparıldığı bildirilir.
Sözügedən hadisənin Kamboca kral ailəsinin başına gələn ilk yol-nəqliyyat hadisəsi olmadığı deyilir. Şahzadənin korteji 2015-ci ildə qəzaya düşmüş, nəticədə 6 nəfər yaralanmışdı.