ABŞ və Cənubi Koreya gələn həftənin sonunda genişmiqyaslı hərbi təlimləri dayandırmağı planlaşdırırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yönhap” agentliyi ölkənin yüksək çinli məmuruna istinadən məlumat yayıb.
“ABŞ və Cənubi Koreyanın hərbi elitası birgə təlimlərlə bağlı sıx dialoq aparırlar. Məqsəd Trampın təlimlərin dayandırılmasına dair verdiyi sözü yerinə yetirməkdir”, deyə anonim mənbə bildirib.
Qeyd olunur ki, iki ölkənin müdafiə nazirlikləri danışıqların nəticəsi barədə məlumat yayacaq.