17 İyun 2018 18:43
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın daxili işlər naziri, Xristian-Sosialist İttifaqı Partiyasının (XSS) lideri Xorst Zeexofer bundan sonra Angele Merkellə işləyə bilməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Welt am Sonntag”qəzeti məlumat yayıb.

“Mən artıq bu qadınla işləyə bilmirəm”, – deyə qəzet siyasətçinin sözlərindən sitata gətirir.

Qəzetin məlumatına görə, X.Zeexofer iyunun 14-də XSS-in hakimiyyətdə təmsil olunan nümayəndələri ilə keçirilən iclasda iki dəfə bu sözü deyib.

Qeyd edək ki, kanslerlə nazir arasında miqrantlarla bağlı fikir ayrılığı yaranıb.


Müəllif: Səxavət Həmid