17 İyun 2018 18:12
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatında "Art All Night" sərgisində baş verən atışma nəticəsində 20 nəfər xəsarət alıb.

Atəş açan şəxs ölüb. Hadisə Trenton şəhərində yerli vaxtla 03:00-da baş verib.

Merser dairəsinin prokuroru Andjelo Onofri bildirib ki, xəsarət alan 20 nəfərdən 16-ı güllə yaraları alıb, onlar yerli xəstəxanalara çatdırılıb.

Prokurorun sözlərinə görə, atışmada iştirakına görə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.


Müəllif: Teleqraf.com