17 İyun 2018 21:43
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kambocada həyat yoldaşı şahzadə Norodom Ranariddh ilə birlikdə keçirdiyi avtoqəzada yaralanan Ouk Phalla bu gün xəstəxanada dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, qəzada ağır yaralanan Kambocanın keçmiş kralı Norodom Sihanoukun 74 yaşlı oğlu Ranariddhin durumu ağır olaraq qalır.

Avto qəza nəticəsində ümumilikdə 5 nəfər dünyasını dəyişib.

Şahzadənin ölümü ilə bağlı Kambocada matəm elan olunub.


Müəllif: Teleqraf.com