Fransanın nüfuzlu "Le Fiqaro" qəzeti etibarlı mənbələrdən adldığı məlumatlara əsaslanaraq ölkənin xüsusi təyinatlı hərbi qüvvələrinin Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ordusu ilə bilrikdə Yəmənə qarşı əməliyyatlarda iştirak etdiyini yazıb.
Fransa Müdafiə Nazirliyi məlumatla bağlı heç bir açıqlama verməyib.
İngiltərənin "Reuters" agentliyi də ötən həftə Fransa xüsusi təyinatlılarının Yəməndə olduğunu yazmışdı.
Qeyd edək ki, ABŞ, İngiltərə və Fransa Yəməndə Ərəb koalisiyasını dəstəkləyir, Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satır.