Yunanıstan və Makedoniya arasında ikincinin adı ilə bağlı aparılan müzakirələrin sonunda əldə edilən razılaşma hər iki tərəfdə etirazla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, tərəflər arasında keçirilən görüşə etiraz etmək üçün 4 minə yaxın şəxs anlaşmanın imzalandığı saraya doğru hərəkət edib.
İki ölkənin sərhədində keçirilən görüşdə baş nazirlər, BMT və Avropa Birliyinin nümayəndələri iştirak ediblər.
Anlaşmaya əsasən Makedoniya bundan sonra Şimali Makedoniya Respublikası adlandırılacaq və Yunanıstan bu ölkənin AB, NATO üzvlüyünə "yaşıl işıq" yandıracaq.
Həm Yunanıstanda, həm də Makedoniyada anlaşmaya qarşı çıxanlar var.