Fransa Suriyada PKK/YPG-nin əsasını təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) ilə işbirliyində olduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, anti-İŞİD koalisiyasının Tvitter hesabında Fransa hərbçilərinin Suriyada İŞİD-ə hücumunun fotosu paylaşılıb.
“İyunun 3-də Suriya-İraq sərhədinə yaxın bölgələrdə İŞİD-ə qarşı başladılan əməliyyatın ikinci mərhələsi həyata keçirilib. Fransız hərbçilərinin dəstək verdiyi əməliyyatla Suriyanın Daşişa qəsəbəsi daxilində və ətrafında olan İŞİD hədəfləri vurulub”, - deyə fotonun altında yazılıb.
Bununla da Fransa hərbçilərinin Suriyada PKK/YPG və SDQ ilə çiyin-çiyinə vuruşduğu ortaya çıxıb.
Hələ Anadolu agentliyi bu il martın 30-də etibarlı mənbələrə istinadən xəbər yaymışdı ki, 70-dən çox Fransa hərbçisi anti-İŞİD koalisiyasının çətiri altında YPG ilə birgə fəaliyyət göstərir, terrorçulara dəstək verir.