Futbol üzrə DÇ-2018 maraqla izlənərkən, çempionata ev sahibliyi edən Rusiyada söz-söhbətlər bitib-tükənmək bilmir.
Teleqraf.com xəbər verir ki, rus qadınların ölkəyə gələn turistlərlə münasibət qurub-qurmaması mövzusunda mübahisələrə prezident Putinin sözçüsü də münasibət bildirib. O, açıqlamasında “özləri bilərlər” deyib.
Qeyd edək ki, Rusiya Kommunist Partıyasının üzvü olan Tamara Pletnyova rus qadınların əcnəbilərdən hamilə qalacağından qorxduğunu dilə gətirib. O, 1980-cı ildə Rusiyada keçirilən Olimpiya oyunları zamanı “Olimpiya uşaqları”nı xatırladıb, əcnəbilərdən dünyaya gələn uşaqların sonralar irqçiliyə məruz qaldığını da qeyd edib.
Mövzuyla bağlı ən maraqlı açıqlamanı isə Putinin mətbuat katibi Dimitri Peskov verib: “Qadınlarımız özləri bilərlər, istədiklərini etməkdə azaddırlar. Çünki onlar dünyanın ən yaxşı qadınlarıdır”.