18 İyun 2018 12:12
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birlikdə həyata keçirilən hərbi təlimləri dayandırmaq qərarı Pentaqonda ciddi narahatlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası yazıb.

Prezident həmin qərarı Şimali Koreya lideri ilə görüşdə əldə etdiyi razılaşmadan sonra verib.

Pentaqon rəsmiləri hərbi təlimlərin dayandırılması təlimatını “sürpriz” hesab edir, qərarı tələskənlik sayırlar.

Mütəxəssislər Donald Trampın Sinqapura səfəri zamanı özü ilə yalnız bir Pentaqon nümayəndəsi apardığını, onun da Asiya və Sakit Okean üzrə cavabdeh hərbçi Randall Svriver olduğunu xatırladırlar.

Qeyd edək ki, Tramp uzun illərdir ki, ABŞ və Cənubi Koreya hərbçilərinin birgə keçirdiyi hərbi təlimləri dayandırarkən səbəb kimi bu işə böyük maliyyə xərclənməsi, bu maliyyənin çoxunun ABŞ tərəfindən qarşılandığını göstərib.


Müəllif: Cavad

Oxşar xəbərlər