18 İyun 2018 18:15
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində ata 4 yaşlı qızına müxtəlif işgəncələr verib.

Teleqraf.com xəbər verir ki, tualetə zəncirlənən 4 yaşlı qız uşağının vəziyyətindən evə gələn qohumlarından biri xəbər tutub və polisə müraciət edib.

Dəfələrlə döyüldüyünə görə gözlərini aça bilməyən uşağın atası tərəfindən tualetə zəncirləndiyi sübut olunub. Hətta kiçik qızın bədənində bir neçə dəfə siqaret söndürüldüyü də aşkar edilib.

Uşağın şəkli evə qonaq gələn qohumlar tərəfindən çəkilib. Balaca qızcığazın görüntüsü atasının paltarlarını yuyarkən lentə alınıb.

Məlum olub ki, içki aludəçisi olan ata hər səhər evdən gedərkən uşağı tualetə zəncirləyir, axşam saat 10-11-də evə gələndən sonra yemək verib yenə onu bağlayırmış.

Qəddar ata həbs olunduqdan sonra uşaq xəstəxanaya yerləşdirilib.


Müəllif: Naibə Qurbanova