NASA mühəndisləri saniyədə 3 milyon km məsafə qət edən kosmik aparat üzərində çalışırlar.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ekspertlər bunun kainat üçün böyük sürət olmadığını söyləyirlər.
Bu sürətlə Günəş sistemini tərk etmək üçün 2 ay lazım gələcək.
Mütəxəssislər qrupuna Harold Uayt rəhbərlik edəcək. Layihəyə əsasən, təyyarə futbol meydançası ölçüsündə və ellips formasında olacaq.
Kosmik gəmi ətrafındakı zaman-məkan birliyini bükərək hərəkət edəcək.
Gəmi Yer atmosferindən standart raketlərin hesabına çıxacaq. Daha sonra isə uçuşa tək davam edəcək.
Layihənin tam olaraq nə vaxt bitəcəyi barədə dəqiq məlumat yoxdur.