Polşada turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, qəza Konstantinov şəhərində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yolun kənarına aşıb.
İnsident zamanı 65 yaşlarında iki qadın turist həlak olub. Daha 29 nəfər isə xəsarət alıb. Hadisə yerinə 4 helikopter göndərilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis qəza zamanı avtobusda 48 sərnişinin olduğunu açıqlayıb.