18 İyun 2018 20:39
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın tanınmış sünni alimlərindən olan Əbdülhəmid İsmailzehi Sistan-Bəlucistan əyalətinə aid İranşehr şəhərində 41 qız uşağına təcavüz edildiyinə dair xəbərləri araşdırmaq üçün prokurorluğa müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sunnionline" saytı məlumat yayıb.

Sayta açıqlama verən Zahidan şəhərinin imamı İsmailzehi İranşehrdəki olaylarla bağlı yayılan xəbərlərin bölgədə təhlükəsizliyə inamsızlıq yaratdığını bildirib.

"İranşehrdəki problemlər daha öncə parlamentdə qaldırılıb. Təəssüflər olsun ki, qızqaçırma, təcavüz kimi cinayətlər hələ də davam etməkdədir", deyə Əbdülhəmid İsmailzehi bildirib.

Prokurorluq isə bu günə qədər yalnız 3 ailənin qızlarının qaçırıldığına dair şikayət ərizəsi yazdığını və açılan cinayət işi üzrə 1 nəfərin həbs edildiyini bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər