"Rusiyadakı siyasi və dini səbəblərə görə həbslərin artmasından narahatıq".
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
ABŞ XİN-in yazılı açıqlamasında bildirilir ki, Rusiyada siyasi və dini səbəblərə görə həbs edilənlərin sayı 150-ni keçib: "Rusiyadakı siyasi və dini xarakterli həbslərin artmasından narahatıq. Xüsusilə də, haqsız yerə həbs edilmiş Ukrayna vətəndaşlarının durumundan narahatıq".
ABŞ XİN Rusiyanı qeyd olunan məhbusları azad etməyə çağırır.