ABŞ-ın kəşfiyyat xidməti Şimali Koreyanın 3 mindən çox nüvə və raket obyekti olduğunu müəyyən edib.
Teleqraf.com xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Munliva Ubo” qəzeti yayıb.
Xəbərə görə, ABŞ kəşfiyyatı Şimali Koreyanın məxfi nüvə fəaliyyətinə 1982-ci ildə başladığını müəyyən edib. Ötən 36 ildə Şimali Koreya nüvə obyektlərinin sayını çoxaldıb.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin imzaladığı razılaşmaya baxmayaraq bu nüvə obyektlərinə nəzarət beynəlxalq səviyyədə ciddi problem olacaq.