19 İyun 2018 15:08
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd və İrana yaxın hərbi qüvvələr ABŞ-ın xəbərdarlığına baxmayaraq cənubdakı Dera qəsəbəsində müxalifətə qarşı geniş hərbi əməliyyatlara hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Suriyadan geri çəkilən İrana yaxın hərbi qüvvələr Deraya başlanacaq hərbi əməliyyatlara dəstək vermək məqsədilə Suriya rejiminə tabe hərbçilərin sıralarına qoşulub.

Anadolu Agentliyi bölgədə olan mənbələrinə istinadən xəbər verir ki, rejim qüvvələri dünən gecə saatlarında Deranın şərqində müxalifətə hücum edib. Müxalifət hücumun qarşısını ala bilib.

Bəşər Əsədə bağlı hərbçilər dünən gecə 60 zirehli avtomobili bölgəyə göndərib.

Bəşər Əsəd Cümhuriyyət Qoruyucuları, Milli Müdafiə Gücləri, Qaplan qrupu, Fələstin Azadlıq Ordusu, Qüds Alayı ilə birlikdə polisləri də ərazidə yerləşdirir.

ABŞ və Rusiyanın razılığı əsasında Dera təhlükəsiz bölgə elan edilib.


Müəllif: Cavad