Bazarda alverçilik edən 26 yaşlı ata parka gəzməyə apardığı 4 yaşlı oğlunu boğaraq öldürüb. Hadisədən sonra isə bara gedərək dostları ilə içki içib, selfi çəkdirib.
Teleqraf.com xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Ədrəmit qəsəbəsində olub.
Qəsəbəyə yaxın olan Kadköy bazarında alverlə məşğul olan 26 yaşlı Hüseyn Ərsəzginin həyat yoldaşı Melis Ərsəzgin oğlunun ölümündən bir həftə sonra ərinin telefonuna baxarkəndostlarıyla barda içki içib əyələnərkən çəkdirdiyi selfini görüb.
İki həftə sonra polisə gedən ata oğlu Kuzey Efe Ərsəzgini avtomobillə gəzdirərkən boğaraq öldürdüyünü etiraf edib.
Hüseyn Ərsəzgin oğlu Kuzey Efə Ərsəzgini parka aparıb. 2 saat parkda vaxt keçirən ata-oğul evə qayıdarkən Hüseyn Ərsəzgin oğlunu xəstəxanaya aparıb. Xəsətxanada uşağın dünyasını dəyişdiyi məlum olub.
Kuzey Əfənin ürək tutmasından öldüyü təxmin edilsə də, iki həftə sonra əsl həqiqət ortaya çıxıb.
Hüseyn Ərsəzginin həyat yoldaşı Melis Ərsəzgin boşanma üçün məhkəməyə müraciət edib. Qadın əri haqqında bu sözləri deyib:
“Ondan oğlumu niyə öldürdüyün soruşdum. Onu öldürmədiyini, vicdanını rahatlatmaq üçün yalan söylədiyini dedi. Sözlərinə bir az inandım. Lakin tibbi ekspertizanın nəticələrini görəndə onun qatil olduğunu anladım.
Hətta övladını öldürdükdəın sonra bara gedib əylənib, selfi çəkdirib… Bu necə atadır? O ən ağır cəza çəkməlidir”.