19 İyun 2018 19:45
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda 9 ildən sonra ilk dəfə edam cəzası icra olunub.

Teleqraf.com xəbər verir ki, 2012-ci ildə mobil telefonu ona vermədiyi üçün 17 yaşlı gənci 24 dəfə bıçaqlayaraq öldürən Theerasak Longi zəhərli iynə ilə edam olunub.

Bu, 2009-cu ildən bu yana ilk edam cəzasıdır.

Verilən açıqlamada bu addımın başqalarına dərs vermək üçün atıldığı bildirilib.

Tailandda 1930-cu ildən indiyə qədər 326 nəfər edam olunub.


Müəllif: Cavad