Ağır silahlarla təchiz edilən hərbi helikopterlər tank və zirehli avtomobillərə qarşı güclü silah hesab olunmaqla yanaşı, döyüş zamanı piyadalara dəstək də verir. Bu tip helikopterlər gecə və ya gündüz düşmənə qarşı hücuma keçə bilir.
Teleqraf.com dünyada ən güclü 5 hücum helikopterini təqdim edir:
AH-64 Apaçi (ABŞ)
ABŞ istehsalı olan bu helikopter 1980-cı ildən bu yana ABŞ ordusunda əsas hücum silahı olaraq, istifadə olunur. Bu model helikopter ABŞ-da ən çox istehsal edilən ikinci helikopter modelidir. Apaçi modelinin ən son modifikasiyası (Block III) modern uçuş imkanları sistemi, yeni motorlar və kompüterlə təchiz edilib, radarla təmin olunub və dronlara nəzarət imkanına malikdir.
Mi-24 (Rusiya)
Sovet istehsalı olan Mi-24 dünyada ən çox istehsal olunan helikopterdir. Hazırda Mi-24-ün müxtəlif modifikasiyalı seriyaları dünyanın 60-dan çox ölkəsi tərəfindən istifadə olunur. Modifikasiyasından asılı olaraq, bu model helikopterlər 50-500 kiloqram bomba daşıyır, qanadları idarə olunur.
OH-1 Nindza (Yaponiya)
Yaponiya istehsalı olan hücum helikopteri 2,4 ton ağırlığındadır. Eni 1 metrdən çox olmayan bu helikopterin yerdən açılana atəşə qarşı müdafiə sistemi güclüdür. Nindza ən kiçik sahəyə enə bilir. Məhz bu helikopter ən çətin manevrlər etmək imkanına malikdir.
Ka-52 Alliqator (Rusiya)
Rusiya istehsalı olan Ka-52 və onun dəniz “qardaşı” olan Ka-52K paraşütlə fırlatma sisteminə malikdir. Bu helikopterlərin zirehli kabinəsi var. Ən çox istehsal edilən hücum helikopteridir.
Eurocopter Tiger (Almaniya, Fransa, İspaniya, Avstrya )
Almaniya, Fransa, İspaniya və Avstryanın istifadə etdiyi bu hücum helikopterləri uçuş məsafəsi baxımından dünyada bir nömrədir. Bu helikopter 23 mm mərmi ilə vurulduqda belə uçmaq imkanını itirmir.