10-11 yaşlarında Abdullah və Əhməd adlı iki uşağını İŞİD terrorçularına qulluq etmələri üçün Türkiyəyə gətirən Naser al-Şayiq adlı Səudiyyə Ərəbistanı vətəndaşı insanları dəhşətə salıb.
Belə bir vəhşiliyi şəhidlik kimi qələmə verən "ata" "İnstagram"da uşaqların şəklini paylaşıb və “oğullarım şəhid olmaq üçün yola çıxdı” şərhini yazıb.
Teleqraf.com xəbər verir ki, övladlarının İŞİD-ə təslim ediləcəyini bilməyən ana isə bundan yalnız "İnstagram"da fotoları gördükdən sonra xəbər tutub.
Bütün dünyanı şoka salan “ata”nı və uşaqları tapmaq üçün Səudiyyə hökuməti Türkiyəyə müraciət edib.
Ülviyyə