Türkiyənın Aydın vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bodrumdan İstanbula gedən avtobus gözlənilmədən yoldan çıxıb və aşıb. Sürücü və sərnişinlər yalnız xilasedicilərin köməkliyi nəticəsində avtobusdan çıxarılıb. Qəza zamanı 45 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri müəyyənləşdirilir. Avtobusda yerli sakilərlərlə bərabər turistlərin də olduğu bildirilib.