Fransa prezidenti Emmanuel Makron ona "Manu" deyə xitab edən tələbəni danlayıb.
Teleqraf.com xəbər verir ki, keçirilən tədbirlərin birində E.Makron ona "necəsən, Manu"? deyə xitab edən tələbəni sərt şəkildə tənbeh edib.
"Xeyir, bunu edə bilmərsən. Burada rəsmi törəndəsən və tərbiyəli olman lazımdır. Bu gün burada fransız milli marşı çalınır. Mənə "cənab prezident" və ya "cənab" deməlisən. Oldumu?", deyə Makron bildirib.
Tələbə bu tənbehlərdən sonra "üzr istəyirəm cənab prezident" deyərək səhvini düzəltməyə çalışıb.
Makron daha sonra deyib: "İşləri doğru zamanla həyata keçirməlisən. Öncə məktəbi bitir, diplomunu al, qarnını doydur. Başqalarına, ancaq bundan sonra dərs verə bilərsən".