Kaliforniya Universitetinin alimləri yeni tapılmış orqanizmə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın şərəfinə “Obamus coronatus” adı veriblər.
Teleqraf.com xəbər verir ki, qərar sabiq dövlət başçısının elmə marağı ilə əsaslandırılıb.
580 milyon il yaşı olan, diskə bənzər orqanizmin diametri 0.5-2 santimetrdir
Alimlərin fikrincə, bu orqanizmin hərəkət qabiliyyəti olmayıb. Onun okeanın dibində hərəkətsiz qaldığı deyilir.