21 İyun 2018 15:30
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 yaşlı məşhur ingilis model Kimberli Miners İŞİD terror təşkilatı tərəfindən necə ələ keçirildiyini etiraf edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, psixoloji təzyiq altında İŞİD militanı Navid Hüseynin “tələsinə” düşdüyünü bildirib.

Kimberli Miners sosial şəbəkədə Suriyada həlak olan uşaqlarla bağlı video-görüntü paylaşdıqdan sonra İŞİD-in onunla əlaqəyə girdiyini deyib.

Model qeyd edib ki, Navid Hüseyn onunla əlaqə saxlayaraq Suriyaya gəlməyi təklif edib. Terrorçu modeli yola gətirmək üçün Suriyaya gedən məşhur rokçu Salli Consu nümunə göstərib və ondan “ağ dul qadın” olmasını istəyib.

Hüseynlə yazışmaları ortaya çıxdıqdan sonra həbs edilən Miners terrorçu ilə yazışdıqdan sonra onunla razılaşıb, hətta adını da dəyişdirməyi qəbul edib. Qarşılıqlı razılaşma əsasında modelin adı Ayşə Loren əl-Britaniya olacaqmış. Lakin ingilis qadın terrorçunun təklifinin suriyalı uşaqlara yardım məqsədilə qəbul etdiyini iddia edib:

“Uşaqlara kömək üçün hər şey edərdim. Lakin bu təklifi qəbul etdikdən sonra Suriyadan mənə çoxlu dostluq təklifləri gəlməyə başladı. İndi bundan utanıram, amma o vaxt mənimlə əlaqə saxladıqları üçün xoşbəxt idim. Çünki çox yalqız idim. Onlarla danışdıqca Suriyaya aid olduğumu hiss edirdim. Diqqət, hörmət və dostluq üçün darıxmışdım”.

Kimberli Minersdən Türkiyəyə gəlməsini istəyən İŞİD militanının məqsədi onu Suriyaya keçirmək olub. Lakin modelin ölkədən getmək ərəfəsində Feysbuk hesabını təqib edən xüsusi xidmət orqanları modeli həbs ediblər.

Bundan sonra ona 10 il həbs cəzası istənilsə də, sonradan məhkəmə onu ictimai işlərdə işləmək cəzası verərək sərbəst buraxıb. Hüseyn isə bir neçə həftə sonra Suriyada həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu