Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqlarını Müşahidə Missiyası Ukrayna ilə bağlı hesabatını təqdim edib.
Teleqraf.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, hesabatı müşahidə missiyasının rəhbəri Fiona Frazer açıqlayıb.
Hesabata görə, Ukraynanın şərq bölgələrində silahlı qarşıdurmanın başlanmasından bu günədək 2725 mülki şəxs həlak olub.
Silahlı separatçılar və Ukrayna ordusu arasında gedən döyüşlərdə həlak olanların 140 nəfəri uşaqlardır.
2015-2018-ci illər aralığında Şərqi Ukraynada (Donbas) həyatını itirən 2725 nəfərin 1568 nəfəri kişi, 961 nəfəri qadın, 47 nəfəri qız uşağı, 56 nəfəri isə cinsiyyəti bilinməyən şəxslərdir.
Əlavə olaraq, Donbasda son 3 ildə gedən döyüşlərdə 10 minə yaxın insan yaralanıb.