21 İyun 2018 16:21
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin dekabr ayından 2018-ci ilin iyununa qədər Ermənistanın hərbi hissələrindən birində komandirlər yanacağı oğurlayaraq satıblar. Sonuncu partiyanın satışı vaxtı Ermənistan Milli Təhlükəsizlik Xidməti (EMTX) komandirlərdən birini saxlayıb.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, hərbi hissənin komandirləri ayrı-ayrılıqda oğurluq yanacağın satışı üçün yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin sahibi ilə razılaşıblar.

EMTX-ın yaydığı məlumata görə, satışdan əldə edilən məbləğin böyük hissəsi hərbi hissə komandirinə verilib, qalan hissələr bu işi icra edən şəxslər arasında bölüşdürülüb.

Hərbi hissə komandiri və digər zabitlər saxlanılıb, barələrində Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə (“mənimsəmə”) cinayət işi açılıb.

Bundan əlavə, müdafiə bölməsinin yüksək vəzifəli zabitlərinə qarşı da cinayət işi açılıb. Həmin şəxslər hərbi hissəyə məxsus mühərrikləri, şinləri, avtomobil hissələrini oğurlayaraq satmaqda ittiham olunurlar. Ümumilikdə, hərbi hissədən oğurluğa görə 12 zabit həbs edilib.

Hazırda zabitlərin və hərbi hissə komandirinin vurduğu maddi zərərin dəyəri araşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər