21 İyun 2018 18:48
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il ərzində Ermənistanda baş vermiş etirazlarda rekord sayda insan həbs edilib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, “Vətəndaş Məlumatları” Birliyi mart-aprel aylarında Ermənistanda keçirilmiş anti-hakimiyyət nümayişlərinə dair hesabatını açıqlayıb.

Hesabata əsasən, vətəndaş itaətsizliyi zəminində, yaxud keçmiş prezident Serj Sərkisyana qarşı 16-23 aprel tarixlərində keçirilmiş aksiyalara rekord həddə polis qüvvələri cəlb edilib. Həmin tarixdə 1236 nəfər həbs edilib.

Həbs edilmişlər arasında hazırkı Baş nazir Nikol Paşinyanın nazirləri – Ararat Mirzoyan və Sasun Mikaelyan da olub.

Həbs edilənlərin 121 nəfəri yetkinlik yaşına çatmayanlardır. 127 etirazçı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu