ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinlə iyul ayında Brüsseldə görüşəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Ağ Evin rəsmi nümayəndəsi Harret Markiz ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun gələn həftə Rusiyaya səfər edəcəyini və prezidentlərin görüşü ilə bağlı müzakirələr aparacağını təsdiqləyib.