22 İyun 2018 13:51
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən müsəlman düşməni, aşırı sağçı Anders Behring Brevikin iddiasını rədd edib.

Teleqraf.com xəbər verir ki, cani həbsdə saxlanma şəraitinin insan haqlarına uyğun olmadığı iddiası ilə Avropa Məhkəməsinə müraciət edib.

Avropa Məhkəməsi həbsxana şəraitinin 1950-ci ildə imzalanmış Avropa İnsan Haqları Sazişinin hər hansı bir maddəsinə zidd olmadığını bildirib.

Qeyd edək ki, Anders Behring Brevikin 2011-ci ilin avqustunda Osloda həyata keçirdiyi terror aktı nəticəsində 77 nəfər ölüb.


Müəllif: Cavad