Meral Akşener 28 fevral hadisələri zamanı dövlətin sirlərini Amerikaya satıb.
Teleqraf.com xəbər verir ki, bu açıqlama sosial şəbəkələrdə Tansu Çillərin adından verilib.
Bundan dərhal sonra İyi Partiyanın prezidentliyə namizədi Meral Akşenər sosial şəbəkələrdə özü haqqında yayılan bu fikirləri gündəmə gətirib. O, sabiq baş nazir Tansu Çillərdən açıqlama gözlədiyini bildirib.
“Hörmətli Rəcəb Tayyub Ərdoğana acıyıram. Sosial şəbəkələrdə mənimlə bağlı bir fikir dolaşır. Tansu Çillər deyib ki, mən 28 fevralda dövlətin sirlərini Amerikaya satmışam. Ancaq bu qeydləri görənlər nədənsə Ədalət və İnkişaf Partiyasından olan deputatlardır. Mən Tansu Çillərdən tələb edirəm ki, bu fikirlərin doğru və ya yalan olduğunu açıqlasın. Mən tək başına buraxılan və 10 gün telefonuna zəng gəlməyən biriyəm. Bu iddianı ortaya atan hər kəsin ipini bazara çıxarmasam, Akşenər deyiləm”.
Akşenərin bu çağırışına sabiq baş nazir Tansu Çillər yazılı açıqlama ilə cavab verib:
“Mənim tərəfimdən verilməyən heç bir açıqlama mənə aid deyil. Ayrıca heç kimsə mənim adımdan siyasi divident qazanmağa çalışmasın. Mediaya hörmətimi ifadə edirəm”.