22 İyun 2018 21:42
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyası (BA) Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, sənədi 64 ölkə dəstəkləyib, 14 dövlət əleyhinə çıxıb. Daha 83 ölkə isə bitərəf qalıb.

Qətnaməni Moldova irəli sürüb. Sənəddə Rusiya qoşunları xüsusi qrupu və silah-sursatının BMT-nin üzvü olan Moldovanın razılığı olmadan bu dövlətin ərazisinə yerləşdirilməsini davam etdirməsindən narahatlıq ifadə olunur.

Qeyd edək ki, Dnestryanı Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto bir respublikadır. Öz siyasi quruluşu, parlamenti, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır. Bu ərazinin müstəqilliyini yalnız Cənubi Osetiya, Dağlıq Qarabağ Respublikası və Abxaziya kimi qondarma respublikalar tanıyır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər