23 İyun 2018 08:19
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Mərkəzi Kəşfiyyat Xidmətinin (MKİ) xeyir-duası ilə hakimiyyətdən devrilən Çili lideri Salvador Allende ölümündən öncə radioda çıxış edərək xalqına ünvanladığı müraciət ictimaiyyətə açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu müraciət qiyamçıların radio binasını bombalamasına baxmayaraq Salvador Allendenin tarixə işıq tutan yeganə ifadələrdir.

Salvador Allende azad seçkilərlə hakimiyyətə gələn marksist dövlət başçısı olub. O, işçi, fəhlə sinfinin iştirakı ilə dövlət qurmaq məqsədini həyata keçirməyə çalışırdı. Hakimiyyətə gəldikdən 3 il sonra, 1969-cu ildə MKİ-nin dəstəyi ilə Çilinin lideri devrildi.

“Dostlar heç şübhə yoxdur ki, bu mənim sizlərə müraciət etməyim üçün son fürsətimdir. Hava qüvvələri Magallanes radiosunun səs ötürücülərini bombaladı. Sözlərim xoş deyil, xəyal qırıqlığı mənasını daşıyır. İnanıram ki, bu, öz sözlərinə xəyanət edənlər üçün utanc olacaq. Bu şərtlərdə sözlərim sadəcə fəhlə və içşilərədir. Təslim olmayacağam! Bu tarixi mərhələdə xalqıma olan sədaqətimi həyatımı verməklə ödəyəcəm. Onlara (qiyamçılara) minlərlə çililinin təmiz vicdanına səpdiyimiz toxumların məhv olmayacağına şübhə etmədiyimi deyəcəm. Güclülər bizə qalib gələcəklər. Ancaq toplumun istədiyini, onun arzularının qarşısını nə güclə, nə də cinayətlə ala bilərlər. Tarix bizimdir, tarixi toplumlar yaradır. Heç şübhə yoxdur ki, bu sözlərim Magallanes radiosunda susdurulacaq, səmimi çıxışım sizə çatdırılmayacaq. Problem deyil. Amma bilin, daim sizin yanınızda olacağam. Ən azından ləyaqətli və ölkəsinə sadiq olan biri kimi xatırlanacam. Yaşasın Çili! Çox yaşa xalqım! Yaşasın fəhlələr! Bunlar mənim son sözlərimdir. Fədakarlığımın boşuna xərcləmədiyimə əminəm. Sonda cinayəti, alçaqlığı və xəyanəti cəzalandıracaq bir əxlaq dərsi olacaq”,- Çilinin devrilmiş lideri Salvador Allende xalqa son müraciətində bildirib.

Teleqraf.com eyni zamanda tanınmış marksist lider Salvador Allendenin diktator Pinoçet tərəfindən öldürülməzdən əvvəl son fotosunu da təqdim edir. Allende son ana qədər əlindəki silahı yerə qoymayıb. Bu onun həyatda olduğu zaman çəkilən son fotosudur.

Qeyd edək ki, Salvador Allende 1973-cü ilin avqustunda vəzifəyə gətirdiyi Pinoçet tərəfindən devrilib. Qiyamçılar onun sarayına yaxınlaşaraq qanunu rəhbərin təslim olması haqda çağırış edib. Lakin 65 yaşlı siyasətçi təslim olmaq təklifini rədd edərək özünü güllə ilə burub.


Müəllif: Cavad

Oxşar xəbərlər