Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT kanalına müsahibəsində özünü və rusiyalı həmkarı Vladimir Putini tərifləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“BMT Baş Assambleyasında 2 təcrübəli siyasətçi var, digərlərini xatırlamıram, bəlkə də var. Biri mən, o biri də Putindir”.
Ərdoğanın sözlərinə görə, Rusiya və Türkiyə arasında münasibətlər yaxşıdır: “Buna Suriyanın şimalında keçirilən “Zeytun budağı” əməliyyatı, həmçinin Suriya böhranının həlli üçün Astana və Soçi görüşlərini misal göstərmək olar”.