23 İyun 2018 11:27
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan mənimlə tez-tez əlaqə saxlayıb aparılacaq iqtisadi islahatlara kömək etməyə çağırırlar. Lakin bu, çıxış yolu deyil. Ermənistanın yeganə çıxış yolu, hakimiyyətin iqtisadiyyata diqqət ayırmasından və xarici investorları iqtisadiyyata cəlb etməkdən keçir. Bunun üçün Ermənistan hakimiyyəti çox çalışmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da yaşayan məşhur türkiyəli iqtisadçı, professor Daron Əcəmoğlu deyib.

Əcəmoğlu qeyd edib ki, Ermənistanın xarici investisiyaya çıxış imkanları məhduddur: “Beynəlxalq şirkətlər, banklar heç iqtisadi imkanları geniş olan Yunanıstan və Argentinaya bu sahədə yardım etmək istəmirlər. Halbuki həmin ölkələr beynəlxalq qurumlarla intensiv işləyirlər, amma nəticə yoxdur. Ermənistanın isə iqtisadi potensialı imkan vermir ki, xarici investorlar bura ayaq açsınlar.

Ermənistan diaspora da ümid edə bilər. Mən isə bunun da nəticə verəcəyinə ümid etmirəm. Üstəgəl, mənim Ermənistandan, oradakı vəziyyətdən o qədər də xəbərim yoxdur. Bildiyim budur ki, ölkənin vəziyyəti yaxşı deyil və imkanları da kifayət qədər məhduddur”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Daron Əcəmoğlunun İrəvana gələrək, keçiriləcək iqtisadi islahatlarda iştirak edəcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər