ABŞ-ın dünyaca məşhur “Taym” jurnalının iyun sayının üz qabığı sözügedən ölkənin prezidenti Donald Tramp üçün yumşaq desək, qanqaraldıcı olub.
Teleqraf.com xəbər verir ki, jurnalın üz qabığında Hondurasdan olan və ağlayan qızcığazın soyuqqanlı Trampın qarşısında dayandığı əks olunub. Tramp onun problem və fəlakətlərinə biganədir və onların aradan qaldırılmasında iştirak etmir.
Bununla yanaşı kollajı “Amerikaya xoş gəlmisiniz” sözləri istehza ilə müşayiət edir.
Qeyd olunur ki, körpənin fotosu realdır. Onu tanınmış amerikalı fotorəssam Con Mur ABŞ-Meksika sərhədindəki müvəqqəti saxlama yerlərinin birində çəkib.
Hələlik Ağ Evin jurnalın üz qabğına hansı reaksiya verdiyi məlum deyil.