Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşdükdən sonra aramızda çox səmimi münasibət yaranıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Mir 24” telekanalına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Putinlə aralarında problemlərin olmadığına ümid etdiyini bildirib:
“Aramızda çox səmimi münasibətlər yaranıb. Görüşdən sonra biri-birimizi daha yaxşı başa düşürük”.