23 İyun 2018 19:54
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın iyunun 19-da Çindən ixrac olunan mallara 10 faiz əlavə gömrük rüsumunun tətbiqi barədə qərar verib. Bu, ABŞ-a il ərzində 200 milyard dollar qazandıracaq. Ancaq Çin də analoji addım atacağını bəyan edib. Hələlik Çin tərəfi hansı ABŞ mallarına gömrük rüsumunu tətbiq edəcəyini götür-qoy edir.

Bu arada Trampın “ticarət müharibəsi”ndən ən çox ziyan görən şəxslərin çinli milyarderlər olduğu məlum olub.

Teleqraf.com xəbər verir ki, hesablamalara görə, Trampın bəyanatından sonrakı iki gün ərzində – iyunun 20-21-də “Forbes”in qlobal siyahısındakı 351 çinli milyarderin sərvətinin ümumi həcminin 1,155 trilyondan dollar azalaraq 1,105 trilyon dollara düşdüyü məlum olub.

Qarşıdakı günlərdə bu rəqəmin daha da artacağı gözlənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər