Türkiyə Hərbi Qüvvələri ölkənin cənub-şərqində və İraqın şimalında PKK terrorçularının obyektlərinə endirilmiş zərbələrlə bağlı son məlumatları açıqlayıb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə ordusu aviasiyasının PKK-nın İraqın şimalındakı obyektlərinə, həmçinin Şırnak vilayətinə 15-21 iyunda endirilmiş hava zərbələri nəticəsində 87 silahlı zərərsizləşdirilib.
Bundan əlavə, kustar üsulla hazırlanmış 127 partlayıcı qurğu, 12 atəş nöqtəsi və terrorçuların sığınacağı aşkar olunaraq məhv edilib.