24 İyun 2018 09:19
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Ina etibar etdiyini bildirib.

Bu barədə o, TBN telekanalına müsahibəsində bildirib.

"Bəli, düşünürəm ki, mənim ona çox yaxşı münasibətim var. Aramızda yaxşı münasibət yaranıb", - deyə Ağ Ev rəhbəri müsahibəsində bildirib.

Tramp həmçinin əlavə edib ki, sammitin yekunları üzrə ona və Kim Çen Ina Sinqapurda "gözəl razılaşma" bağlamaq nəsib olub.

İyunun 12-də Sinqapurdakı Sentos adasında tarixdə ilk dəfə KXDR-ABŞ sammiti keçirilib.


Müəllif: Teleqraf.com