Türkiyənin tanınmış müğənnisi Sezen Aksu səs vermək üçün Beykozda yerləşən Sedat Simavi orta məktəbinə gəlib.
Teleqraf.com xəbər verir ki, əsəbi hallarıyla diqqət çəkən müğənninin yanındakı şəxs onu telefonun kamerasına çəkmək istəyən vətəndaşa hücum edib. O, daha sonra mətbuat nümayəndələrinin çəkiliş aparmasına mane olub.
Sezen Aksunun çəkiliş aparılmasına etirazından sonra özünü məntəqənin rəhbəri kimi təqdim edən şəxs mətbuat nümayəndələrinə müğənnini çəkmək üçün icazələrinin olmadığını deyib.
Sezen Aksu məntəqədən ayrılan zaman jurnalistlərin israrından sonra “səs verdim, başqa heç nə deyə bilmərəm” deyərək, oradan uzaqlaşıb.