24 İyun 2018 22:54
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” klubu Serbiya millisinin hücumçusunu transfer etmək istəyir.

Teleqraf.com xəbər verir ki, Rusiyada keçirilən futbol üzrə 2018-ci il dünya çempionatında çıxış edən Serbiya millisinin hücumçusu Aleksandr Mitroviç “Qalatasaray” rəhbərliyinin transfer siyahısına düşüb. Məlum olub ki, hücumçunu “Qalatasaray” klubuna təklif ediblər.

Bu transferi klubun baş məşqçisi Fatih Terim də müsbət qarşılayıb. Yayılan xəbərlərə görə, təcrübəli məşqçi 23 yaşlı futbolçunu komandasında görmək istəyir.

Yaxın vaxtlarda Mitroviçin icarəyə götürülməsi yönündə “Nyukasl” klubu ilə danışıqların başlanacağı gözlənilir.


Müəllif: Cabbar