Cənubi Koreyalı futbolçu Meksikaya məğlubiyyətdən sonra göz yaşlarına hakim ola bilməyib.
Teleqraf.com xəbər verir ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatında iştirak edən Cənubi Koreya millisi mundialda medal qazanmaq şansını itirib.
Medal qazanacağı təqdirdə 21 aylıq hərbi xidmətdən azad olunacaq Heunq Min Son arzusuna çata bilməyib. Belə ki, Meksika ilə qarşılaşmada məğlub olmaları onların qrupda qalması ilə nəticələnib.
Qeyd edək ki, 25 yaşlı futbolçu 28 yaşına qədər 21 aylıq hərbi xidmətini yerinə yetirməlidir.