ABŞ Prezidenti Donald Trampın kürəkəni və sözçüsü Jarder Kuşuner Fələstin dövlət başçısı Mahmud Abbasla görüşə hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidentinin sözçüsü Kuşuner Fələstin və İsrail probleminin həlli üçün hazırladığı “Yüz ilin anlaşması” planı ilə bağlı danışıb.
Kuşuner əlavə edib ki, Fələstin rəhbərliyinin maraq göstərib- göstərməməsindən asılı olmayaraq “Yüz ilin anlaşması”nın detallarını yaxın günlərdə mətbuata açıqlayacaq.
Ağ-Ev rəsmisi planın detalları haqqında əlavə məlumat verməkdən boyun qaçırıb.
Əvvəlki illərdə böyük səhvələrə yol verilərək bir çox fürsətlərin əldən buraxıldığını bildirən Kuşuner fələstinlilərə xitab edərək “Liderinizin görmədiyi planı rədd etməsinə icazə verməyin” çağırışı edib.