Koreya müharibəsi zamanı ölən əsgərlərin nəşi Türkiyəyə göndəriləcək.
Teleqraf.com xəbər verir ki, bu haqda qərarı Pxenyan ABŞ-Şimali Koreya liderləri arasında keçirilən tarixi görüşdən sonra qəbul edib.
Qeyd edilir ki, Şimali Koreyada ölən və şəxsiyyəti bəlli olan əsgərlərin arasında türklər də var.
Əlavə olunur ki, 1950-1953-ci illərdə Koreya müharibəsi zamanı həyatını itirən və cənazəsi Şimali Koreyada qalan əsgərlərin tabutlarının vətənlərinə göndərilməsinə dair təmaslar başlanıb.
Türkiyənin Seuldakı səfiri Ersin Erçin Şimali Koreyaya gedərək 1 həftə ərzində müharibə zamanı burada vəfat edən türk əsgərlərin cənazələrinin vətəninə göndərilməsi üçün görüşlər keçirib.