ABŞ-ın Lova əyalətində xan neft daşıyan yük qatarının relsdən çıxması nəticəsində 871 ton neft çaya axıb.
Teleqraf.com xəbər verir ki, hadisə Lova əyalətinin Doon şəhərində baş verib.
BNSF Dəmiryolu Şirkətinin rəsmisi Andy Villiam faktı təsdiq edib. Bildirib ki, qəza nəticəsində 871 ton xam neft güclü yağışlar səbəbindən daşan Little Rok çayına axıb.
Neftin çaydan təmizlənməsi üçün işlərə başlanılıb. Hadisənin fəlakətli həddə olmadığı vurğulanıb.
Rəsmilər qatarın Little Rok çayının şiddətli yağışlar səbəbindən daşdığı üçün qatarın relsdən çıxdığını ehtimal edirlər.