Demokratiyanın gözəl anlarından birini yaşayırıq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin XI Prezidenti Abdulla Gül bu gün keçirilən prezident seçkiləri haqqında danışarkən deyib.
Sabiq prezident bildirib ki, bütün seçicilər səsvermə hüququndan istifadə edir və bu yüksək göstəricidir:
“Millətin iradəsi ortaya çıxacaq. Nəticədə millətin verəcəyi qərar hər kəsin başı üzərində olacaq. Bu seçkilər ölkəmiz və millətimiz üçün xeyirli olsun”.