24 İyun 2018 17:00
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 27-ci çağırış millət vəkilləri və prezident seçkiləri zamanı qeydiyyatı olmayan, amma özlərini ATƏT-in beynəlxalq müşahidəçisi kimi təqdim edən 10 əcnəbi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, həbs edilənlərdən 3-ü fransız, 3-ü alman, 4-ü isə italiyalıdır.

Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, fransız müşahidəçilər Ağrıda, alman müşahidəçilər Şırnakda, italiyalı müşahidəçilər isə Diyarbəkir və Batmanda saxlanılıb.

Seçkiyə müdaxilə səbəbindən Türkiyə Daxili İşlər Nazirliyi saxlanılan əcnəbilərlə bağlı araşdırmalara başlayıb.

Bu şəxslərin seçkilərlə bağlı akkreditasiyadan keçmədiyi və ATƏT-in müşahidəçiləri olmadığı halda özlərini əcnəbi müşahidəçi kimi təqdim etmələri müəyyən olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər